ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə günü keçirilən brifinqdə bu gülünc açıqlama ilə çıxış edib.
Pompeo deyib ki, ABŞ təkcə pandemiya ilə mübarizədə deyil, eyni zamanda, dünya səhiyyə institutları və infrastruktur sisteminin lideridir.
Qeyd edək ki, təkcə ötən 24 saat ərzində Amerikada 61 mindən çox koronavirusa yoluxma qeydə qalınıb. Bu virus səbəbindən Amerika iqtisadiyyatında böyük bir çöküş müşahidə edilir. İşsizlik maaşı üçün müraciət edən amerikalıların sayı 7 milyon nəfərə yaxınlaşır.
ABŞ koronavirusun müalicəsində istifadə edilən “Remdesivir” adlı dərmanın qarşıdakı üç aylıq istehsalını satın alaraq, hal-hazırda bu dərmana ehtiyacı olan ölkələri də çıxılmaz vəziyyətdə qoyub.
İslamTimes: ABŞ-ın Nyu-York Tayms qəzeti bu yaxınlarda məqaləsində yazıb: "Biz enirik, enirik, enirik. Son üç həftə ərzində işsizlik müavinətlərinə görə amerikalıların 10%-i müraciət edib....