0
Tuesday 14 July 2020 - 21:43

Suriyalı terrorçular: Bizə ABŞ hərbçiləri təlim keçirdi

Story Code : 874469
Suriyalı terrorçular: Bizə ABŞ hərbçiləri təlim keçirdi
Məğavirus-Səvrə silahlı qruplaşması üzvlərindən olan terrorçu ABŞ dövlətinin terrorçulara necə dəstək olduğu haqda danışıb. Hazırda Suriyada həbsxanada olan təkfirçilər ABŞ hərbçilərinin Suriyada olan terrorçulara təlim keçdiyini etiraf edib.

Bir neçə gün öncə Suriya KİV-i Məğavirus-Səvrə qruplaşmasının üç üzvünün ələ keçirildiyini və onların Tedmur şəhərinə göndərildiyini bildirmişdi.

Həbsxanada saxlanılan terrorçular bildirib ki, onlardan Rusiya və İran hərbi birləşmələri barədə məlumat toplanması əməliyyatlarında istifadə edilib.

"Russia Today"-ın verdiyi məlumata görə həbs edilmiş Abdullah əl-Meşvat adlı terrorçu deyib: "Amerikalı bir neçə təlimçi silahdan istifadə qaydalarını izah edirdi. Bizim özümüzə qaydalar suriyalı təlimçilər vasitəsi ilə başa salınırdı. Amerikalılar bizə təlim keçənlərlə rabitədə olsa da, bizim təlimlərimizə uzaqdan nəzarət edirdilər. Təlimlər ən az 2-3 saat çəkirdi və olduqca çətin idi. Bizə verilən silahlar da ABŞ istehsalı idi."

Terrorçuların etiraflarında diqqət çəkən məqam bu olub ki, təlimlər ABŞ istehsalı silahlarla keçilsə də, casusluq kimi əməliyyatlara yollanan zaman onlara Rusiya istehsalı silahlar verilirmiş.
Related Stories