0
Tuesday 21 July 2020 - 11:26

Rusiya Müdafiə nazirinin müavini: “Koronavirusa qarşı peyvənd hazırdır”

Story Code : 875715
Rusiya Müdafiə nazirinin müavini: “Koronavirusa qarşı peyvənd hazırdır”
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov “Arqumentı i faktı” nəşrinə müsahibəsində bildirib.

O, hərbi mütəxəssislərin və Hamaley adına Milli Tədqiqat Mərkəzinin alimlərinin iştirakı ilə yaradılan koronavirusa qarşı ilk peyvəndin hazır olduğunu qeyd edib.

“Mütəxəssislərimiz və Milli Tədqiqat Mərkəzinin alimləri tərəfindən test nəticələrinin son qiymətləndirmələri aparıldı. Bütün könüllülər, istisnasız olaraq, koronavirusdan immunitet qazanaraq özlərini yaxşı hiss ediblər. Beləliklə, yeni koronavirus infeksiyasına qarşı ilk yerli peyvənd hazırdır”, - deyə R. Tsalikov vurğulayıb.