0
Thursday 6 August 2020 - 12:49

Pompeo: İrana qarşı silah embarqosu ilə bağlı layihə gələn həftə təqdim ediləcək

Story Code : 878703
Pompeo: İrana qarşı silah embarqosu ilə bağlı layihə gələn həftə təqdim ediləcək
Bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

İŞİD, Ən-Nüsrə kimi terror təşkilatlarına silah yollayan, onlara maddi dəstək göstərən ABŞ dövləti məntəqədə İŞİD-in kökünü kəsmiş İranı terrorçulara yardımda ittiham edərək deyib: “BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyi qoruyan bir qrumdur. BMT terrorçuları himayə edən İrana silah alıb-satmağa icazə verərsə bu qərar təşkilatın imicinə xələl gətirmiş olar. Biz İrana qarşı silah embarqosunun uzadılması üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Rusiya sanksiyalar bitdikdən sonra, İrana qarşı qadağanın uzadılmasına mane olacağını bildirib.
Source : IslamTimes