0
Thursday 6 August 2020 - 16:48

Seyid Həsən Nəsrullah cümə günü çıxış edəcək

Story Code : 878733
Seyid Həsən Nəsrullah cümə günü çıxış edəcək
Livan Hizbullah Təşkilatının baş katibi Seyid Həsən Nəsrullah sabah yerli vaxtla saat 17:30-da Livanda və bölgədəki son siyasi hadisələrlə bağlı çıxış edəcək.

Seyid Həsən Nəsrullahın çıxışı çərşənbə gününə planlaşdırılsa da, Beyrutda baş vermiş dəhşətli partlayış səbəbiylə bu çıxış təxirə salınmışdı.

Öncə də xəbər verdiyimiz kimi Livan paytaxtında baş verən dəhşətli partlayış nəticəsində çox sayda tikili yerlə yeksan olub. Livan Təhlükəsizlik Xidməti hadisənin dəqiq mahiyyətini müəyyənləşdirmək üçün araşdırmalar aparıldığını bildirib.

Təhlükəsizlik Aparatının rəhbəri general-mayor Abbas İbrahim bildirib ki, ilkin araşdırmalardan sonra məlum olub ki, Beyrut limanında anbarda saxlanılan 2700 tondan çox ammonium nitratın partlaması bu dağıntılara səbəb olub.

Bu günə qədər faciədə ən az 137 nəfər həlak olub, 5000-dən çox insan yaralanıb.
Source : IslamTimes