0
Saturday 8 August 2020 - 10:03

Beyrut dəniz limanında baş vermiş partlayışla bağlı 19 nəfər həbs edilib

Story Code : 879020
Beyrut dəniz limanında baş vermiş partlayışla bağlı 19 nəfər həbs edilib
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Livanın LBCI telekanalı məlumat yayıb.

Bildirilib ki, Livan gömrüyünün keçmiş baş direktoru Şafik Merhi də istintaqa cəlb edilib. 

Qeyd edək ki, daha əvvəl liman administrasiyasının 16 vəzifəli şəxsinin tutulması barədə məlumatlar yayılmışdı. Hadisənin baş verdiyi gün dəniz limanı administrasiyasının bütün işçiləri ev dustaqlığında saxlanılmasına qərar verilmişdi. 

Xatırladaq ki, avqustun 4-də baş vermiş partlayış nəticəsində 154 nəfər ölüb, 5 minə yaxın insan zərər çəkib, onlarla insan itkin düşüb.