0
Tuesday 11 August 2020 - 10:08

Koreya İrana məxsus pulları qaytarmaq istəmir?

Story Code : 879577
Koreya İrana məxsus pulları qaytarmaq istəmir?
Teleqraf.com xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. O bildirib ki, neft satışından əldə edilən pullar sanksiyaların nəticəsi kimi İrana qaytarılmır. Lakin rəsmi Tehran İran xalqına məxsus olan bu pulları ölkəyə qaytarmaq əzmindədir. Nazir bildirib ki, bəzi xarici ölkələrin banklarındakı pulların əvəzinə İrana lazım olan mallar alınacaq.

Qeyd edək ki, İranın Cənubi Koreya bankında 80 milyarda yaxın pul vəsaiti var. Lakin İran bu pulları geri ala bilmir. Rəsmi Seul bəyan edib ki, pullar yalnız ABŞ-ın razılığı ilə qaytarıla bilər. İran isə Koreyanın bu qanunsuzluğuna görə rəsmi Seulu məhkəməyə verə bilər. Nazir bildirib ki, Cənubi Koreya pulları qaytarmasa İran kimi bazarı itirə bilər və əməkdaşlıq əlaqələrinə son qoyular.

Rəsmi Seul ölkə banklarında İrana məxsus pulların olduğunu etiraf edir. Lakin sanksiyalara görə hələlik pulları qaytarmağa tələsmir.