0
Sunday 23 August 2020 - 07:58

Trampdan gecikən vaksin vədəsi ilə bağlı şok iddia!

Story Code : 881971
Trampdan gecikən vaksin vədəsi ilə bağlı şok iddia!
Teleqraf.com xəbər verir ki, ABŞ prezidenti peyvəndin gecikmə səbəbi barədə sensasion iddia irəli sürüb.

"Dərin dövlət və ya kimlərsə dərman firmalarının peyvənd və müalicəni insanlar üzərində tətbiq etməsini çətinləşdirir. Açıq şəkildə görünür ki, onlar vaksini noyabrın 3-dən sonraya təxirə düşəcəyinə ümid edirlər. Sürətə fokuslanmalı və insanların həyatını xilas etməliyik", - deyə Tramp bildirib.

Qeyd edək ki, seçkilərədək yerlə bir olmuş nüfuzunu bərpa etməyə çalışan Donald Tramp noyabrın 3-dən öncə koronavirus peyvəndinin hazır ola biləcəyini söyləmişdi.