0
Tuesday 1 September 2020 - 13:35

Ənsarullah daha bir ərazini işğalçı qüvvələrdən təmizlədi

Story Code : 883618
Ənsarullah daha bir ərazini işğalçı qüvvələrdən təmizlədi
Deyerler.org İSWNews-a istinadən xəbər verir ki, qərb cəbhəsindən gələn son xəbərlərə görə, Ənsarullah Mədağil şəhərinin mərkəzini azad etməklə və Təbyan dağına və Mədağilin qərb ətrafına qədər irəliləyişlərini davam etdirib.

Ənsarullahın Məaribin cənub cəbhəsində Əl-Amudun cənub ətrafından geri çəkilməsinə baxmayaraq, Əl-Məhudiyə nəzarət etdiyini və qarşıdurmaların hazırda Cəbəl Muradın cənubundakı Əqəbə Mahall bölgəsində baş verdiyi barədə yerli mətbuatda xəbərlər verilib.

Məaribin şimal cəbhəsində Ənsarullah Əl-Ravik və Əl-Ələm Əl-Abidə qarşı bu istiqamətdə yeni hücumlar reallaşdırır, ancaq bu hücumlar hələ yeni bir irəliləyişin yaranmasına səbəb olmayıb.

Son 48 saatda Səudiyyə rejiminin koalisiyasının döyüş təyyarələrinin 18 dəfə Mədağil vilayətini, 20 dəfə Əl-Mahliyanı, 1 dəfə Əl-Əbdiyəni, 9 dəfə Vəldar Əl-Bəyyi və 4 dəfə Əl-Cəvf vilayətindəki Əl-Həzm şəhərini bombalaması Məarib cəbhəsindəki şiddətli döyüşlərin baş verdiyini göstərir.
Related Stories