0
Monday 14 September 2020 - 05:50

Minskdə keçirilən aksiyalarda 400-dən çox etirazçı saxlanılıb

Story Code : 886073
Minskdə keçirilən aksiyalarda 400-dən çox etirazçı saxlanılıb
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Saat 19:00-dan etibarən (Bakı vaxtı ilə 20:00) ölkədəki etiraz aksiyaları, Minsk istisna olmaqla, demək olar ki, hər yerdə bitib. Bir neçə yüz nəfər saxlanılıb. Paytaxtın müxtəlif bölgələrində 400-dən çox adam nəzarətə alınıb”, - deyə nazirliyin “Telegram” kanalında yayılan məlumatda qeyd olunub.