0
Thursday 17 September 2020 - 08:17

BMT Baş Katibi: “Koronavirus epidemiyası nəzarətdən cıxıb”

Story Code : 886736
BMT Baş Katibi: “Koronavirus epidemiyası nəzarətdən cıxıb”
APA-nın xəbərinə görə, bunu BMT-nin Baş Katibi Antonio Quterres sentyabrın 16-da keçirdiyi mətbuat konfransında bildirib. 

O bildirib ki, tezliklə bəşəriyyətdə koronavirusdan ölən insanların sayı 1 milyonu keçəcək: “Koronavirus müasir dünyada sağlamlığımız üçün bir nömrəli təhlükədir. Yalnız COVID-19-a qarşı vaksin pandemiyanın yaratdığı böhranı aradan qaldırmayacaq”.

Baş katibin sözlərinə görə, çoxları ümidini vaksinə bağlasa da, hazırda pandemiyanın qarşısını alacaq, gözləntiləri doğruldacaq vaksin əldə edilməyib. 

Antonio Quterres yaxın 12 ay ərzində müalicəyə kömək edəcək, infeksiyanın yayılmasının qarşısını ala biləcək vasitələrdən istifadənin əhəmiyyətli dərəcədə vacib olduğunu vurğulayıb.

COVID-19-un sərhəd tanımadığını qeyd edən Baş Katib diqqətə çatdırıb ki, bu gün hər kəs üçün əlçatan bir vaksinə ehtiyacımız var.