0
Thursday 17 September 2020 - 10:26

Qurban Məmmədov Türkiyədə saxlanılaraq naməlum istiqamətdə aparılıb

Story Code : 886760
Qurban Məmmədov Türkiyədə saxlanılaraq naməlum istiqamətdə aparılıb
Qoşqar Məmmədov bu haqda Facebook sosial şəbəkəsində yazıb:

Qurban bəylə bütün əlaqələrimiz kəsilib, Türkiyədə saxlanıldığı yerdən başqa bir yerə köçürüləcəyini deyib xüsusi təyinatlı polislərdən ibarət bir qrupla harasa aparıblar, yanlarında olan yaxın yoldaşımız hər nə qədər çalışsa da, Qurban bəyin haraya aparıldığını öyrənə bilməyib, başqa bir tərəfdən isə aldığımız xəbərə görə Bakıdan bir qrup adam Qurban bəyin saxlandığı yerə gedib və polislərlə orada danışıqları, hətta mübahisələri olub, Qurban bəyi bu danışıqlardan sonra oradan naməlum bir yerə aparıblar. 

Mənə verilmiş məlumata görə Qurban bəyin həyatına sui-qəsd barədə məlumat olub və polislər bu səbəbdən xüsusi təyinatlıları dəvət ediblər. Sonra isə Qurban bəyi aparanlarla və şəxsən özü ilə heç cür əlaqə saxlaya bilməyiblər!!!

Hər kəs bilməlidir ki, Qurban bəyin bu Türkiyə səfəri barədə İngiltərə polisinin və başqa bir neçə beynəlxalq təşkilatın xəbəri olub. 
Əgər Qurban bəyin Azərbaycana aparılması məsələsi olarsa, bu hansı səviyyədə diplomatik problemlər yaradacaq, Azərbaycan hakimiyyəti bu addımı ilə bütün beynəlxalq qanunlara hansı münasibətinin olduğunu bir daha nümayiş etdirmiş olacaq! 

İlham Əliyev, Ramiz Mehdiyevlərin, Əli Həsənovların inhisarında olan dövlətimizin çarxına çubuq soxmağa çalışan hər kəs çox yaxın zamanda bu əməllərinin cavabını verməli olacaq! Xalqın iradəsinə söykənən hökümət qurulan kimi, başda siz, İlham Heydər oğlu Əliyev, şəxsən cavab verəcəksiniz!!!
Related Stories