Əksər amerikalılar Ali Məhkəmənin hakiminin Tramp tərəfindən seçilməsinə qarşıdır
Story Code : 887376
"Yuqav" Monitorinq Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə Amerikada seçicilərin əksəriyyəti Donald Trampın bu il ABŞ Ali Məhkəməsinə hakim təyin etməsinə müxalif olduqlarını bildiriblər.
Sorğu bir gün ərzində, ABŞ Ali Məhkəməsinin ən yaşlı üzvü Rut Beyder Qinzburqun 87 yaşında vəfat etməsindən sonra təşkil edilib.
Anketlər göstərir ki, seçicilərin 51 faizi Trampın bu il Ali Məhkəmə hakimliyinə namizəd irəli sürməməli olduğuna inanır. Digər tərəfdən, anketdə iştirak edənlərin 42 faizi bildirib ki, Tramp bu vəzifəyə namizəd irəli sürmək prosesini nəzarətdə saxlamalıdır.
Sorğuda iştirak edənlərin 48 faizi deyib ki, Senat bu il heç bir namizədi təsdiqləməməlidir.
Amerikalıların 49 faizi prezidentliyə namizəd Co Baydenin Ali Məhkəmə hakimini seçməsinin daha uyğun olduğunu bildirib. Bu seçimin Trampın etməsini daha uyğun görənlər isə 40 faiz təşkil edib. Respondentlərin 11 faizi bu mövzuda seçim etməyiblər.