Rusiya tərəfini seçdi - İrana silah satmaqdan çəkinmirik!
Story Code : 887591
Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bu gün ABŞ-ın İranla ticarət əlaqəsi quran ölkələrə qarşı sanksiya tətbiq edəcəyi təhdidinə münasibət bildirib. Öncə də xəbər verdiyimiz kimi, ABŞ BMT-nin İrana qarşı sanksiyalarının "bərpa edilməsi" xəbərdarlığına riayət etməyən ölkələri sanksiya ilə hədələmişdi.
Tass xəbər agentliyinin verdiyi məlumata görə, Sergey Ryabkov Moskvada keçirdiyi mətbuat konfransında bildirib ki, artıq Rusiya ABŞ-ın sanksiyalarına alışıb və İrana silah satışına görə ABŞ-ın sanksiyalarına məruz qala biləcəyinə görə narahat deyil.
Ryabkov əlavə edib: "Rusiya ABŞ-ın sanksiyalarından qorxaraq siyasətini tənzimləmir. Bu hədə-qorxular bizim üçün adiləşib. İranla əməkdaşlığımız çoxşaxəlidir və hərbi əməkdaşlıq hər iki tərəfin ehtiyac və istəklərindən asılı olaraq, heç bir xarici amildən təsirlənmədən həyata keçiriləcək!"