0
Thursday 8 October 2020 - 20:02

BMT Yəməndəki münaqişəyə son qoyulmasını istəyib

Story Code : 890953
BMT Yəməndəki münaqişəyə son qoyulmasını istəyib
"Reuters" xəbər agentliyinin məlumatına əsasən, BMT nümayəndəsi Martin Qriffits bildirib ki, Yəməndə gərginliyin daha da artması bu ölkədə sülhə nail olmaq üçün elan edilən atəşkəsin, o cümlədən müzakirələrin dayandırılmasına səbəb ola bilər. O tez bir zamanda qarşıdurmaların dayandırılmalı olduğunu bildirib.

Yəməndə BMT-nin dəstəyi ilə atəşkəs elan edilməsinə baxmayaraq, Səudiyyə Ərəbistanı və onun dəstəklədiyi qüvvələr hələ də hücumlarını davam etdirir. Yerli mənbələrin bildirdiyinə görə Əl-Hədidə şəhərində şiddətlənən qarşıdurmalarda onlarla yəmənli qətlə yetirilib.

Əl-Məsirə kanalı bu gün Əl-Cəvf, Mərib və Hiccə şəhərlərinin 24 dəfə bombalandığını bildirib. Əl-Hədidə şəhərində də atəşkəs Səudiyyə muzdurları tərəfindən 250 dəfə pozulub.

Son günlərdə Səudiyyə Ərəbistanı tərəfindən himayə edilən istefaya göndərilmiş Yəmən prezidentinə sadiq qüvvələrlə Yəmən xalqı arasında da qarşıdurmalar artıb və hər iki tərəfdən ölən və yaralananlar var.

Qeyd edək ki, Ali-Səud rejiminin Yəmənə amansız hücumları nəticəsində Yəməndə ciddi böhran yaşanır. Beynəlxalq Təşkilatlar Səudiyyə rejimini hücumları dayandırmağa çağırsa da, onlar hələ də işğalçılıq fəaliyyətinə davam edir!
Source : IslamTimes