0
Saturday 17 October 2020 - 08:03

Ermənistan növbəti dəfə Gəncənin iki ərazisini raket atəşinə tutub

Story Code : 892504
Ermənistan növbəti dəfə Gəncənin iki ərazisini raket atəşinə tutub
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Yaralılar xəstəxanalara çatdırılıb.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.