0
Monday 19 October 2020 - 23:49

Avropa Parlamenti Səudiyyə Ərəbistanını boykot etməyə çağırdı

Story Code : 892992
Avropa Parlamenti Səudiyyə Ərəbistanını boykot etməyə çağırdı
Avropa Parlamenti üzvləri AB ölkələri rəhbərlərindən və digər rəsmilərdən növbəti ay Səudiyyə Ərəbistanının rəhbərliyi ilə keçiriləcək G20 sammitini boykot etmələrini istəyib. Onlar Səudiyyə rejimində insan haqqlarının ayaq altına alınmasının daimi hala çevrilməsini bu boykot üçün əsas səbəb olaraq göstəriblər.

Anadolu xəbər agentliyinin məlumatına görə Avropa Parlamentinin 65 üzvünün imzası ilə tərtib olunan bu məktub Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula Von Der Leyenə də təqdim edilib.

Avropa Parlamenti üzvləri bildirib ki, Səudiyyə rejiminin tənqidçilərindən olan Camal Kaşıkçının İstanbuldakı Ərəbistan Konsulluğunda vəhşicəsinə qətlə yetirilməsindən sonra da Ali-Səud rejimi ədalətli hökm çıxarmayıb və cinayətin sifarişçisi və əsil günahkarlar cəzalandırılmayıb.