Ankara Fransa səfirinin geri çağırılmasına münasibət bildirib
Story Code : 894072
SalamNews-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Açıqlamada deyilir ki, Fransa Türkiyə ilə ikitərəfli münasibətlərdə "birtərəfli və eqosentrik" yanaşma sərgiləməyə davam edir.
Türkiyənin hər növ terrora və şiddətə qarşı mübarizə apardığı vurğulanan açıqlamada, Ankaranın fransalı müəllim Samuel Patinin qətlinə görə təəssüfləndiyi qeyd edilir:
"Təəssüf hissi keçirdiyimizi dövlətimizin Fransadakı ən yüksək təmsilçisi olan səfir ifadə edib".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "maarifçi İslam” fikrini ortaya atan Fransa lideri Emmanuel Makrona psixikasını müalicə etməyi tövsiyə edib.