0
Tuesday 27 October 2020 - 12:03

Bolton: Tramp prezident olsa, NATO dağılacaq

Story Code : 894296
Bolton: Tramp prezident olsa, NATO dağılacaq
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton deyib.

“Tramp yenidən seçilsə, onun üçün siyasi məhdudiyyətlərin çox hissəsi ortadan qalxacaq. Düşünürəm ki, bu, ABŞ üçün böyük səhv olacaq”, – deyə o bildirib.

O, həmçinin ABŞ-ın NATO olmadan yaşaya bilməyəcəyini deyib:

“Məncə, bu, ümumilikdə Qərb üçün çox böyük səhv olacaq. NATO parçalansa, bu, daha xaotik dünya yaradacaq”. /Deyerler/