0
Thursday 5 November 2020 - 10:30

Tramp: Seçki sistemimizə böyük zərbə vuruldu

Story Code : 896004
Tramp: Seçki sistemimizə böyük zərbə vuruldu
İslamTimes - ABŞ-dan seçki sisteminə böyük zərbə vuruldu. Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Bizim vəkillər səslərin sayılmasına real giriş istəyiblər. Zərər ümumilikdə bizim sistemimizə və prezident seçkimizə vurulub. Bax bu müzakirə edilməlidir”, – deyə o bildirib.

Qeyd edək ki, hazırda ABŞ-dakı prezident seçkisində Cozef Bayden 264, Donald Tramp 214 səs toplayıb. Baydenin qələbə qazanması üçün cəmi 6 səsə ehtiyacı var. Hələlik beş ştatın nəticəsi tam müəyyən edilməyib. Bununla belə Tramp artıq indidən Miçiqan və Viskonsin ştatlarında böyük saxtakarlığa yol verildiyini və bununla bağlı məhkəməyə müraciət edəcəyini bildirib.
Tagged
Trump