ABŞ-ın növbəti administrasiyası İran xalqının iradəsi qarşısında təslim olacaq – Həsən Ruhani
Story Code : 896079
SalamNews İRNA-a istinadla xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani ölkədə yeni su borusu layihəsinin açılışı mərasimində çıxışı zamanı deyib.
Həsən Ruhani ABŞ-da keçirilən seçkilərə toxunub və bildirib ki, növbəti administrasiya iranlıların iradəsi qarşısında təslim olacaq.
Həsən Ruhani ötən gündə də ABŞ seçkilərilə bağlı fikir bildirmiş, bu ölkədə kimin prezident olacağının İran üçün əhəmiyyət daşımadığını, rəsmi Tehran üçün Vaşinqtonun siyasi dəstixəttinin dəyişməsinin mühüm olduğunu demişdi.