0
Saturday 6 August 2011 - 12:12

Moskva Gürcüstan müharibəsində ABŞ-ın gizli rolunu aşkarladı

Story Code : 89753
ABŞ - Gürcüstan
ABŞ - Gürcüstan
"IslamTimes" "Dni.ru" saytına istinadən xəbər verir ki, Gürcüstanın Cənubi Osetiyaya hücum planı sabiq ABŞ dövlət katibi Kondaliza Raysın Tblisiyə səfərindən sonra ortaya çıxdı. Bu barədə Rusiya prezidenti Dmitri Medvedev bəyanat verib. Medvedev bildirib ki, amerikalılar Gürcüstan liderini təcavüzə birbaşa sövq etməsələr də, ona hərbi yardım vəd etdilər.

Rusiya dövlət başçısı deyib: “2008-ci ilin avqust ayınadək Gürcüstan prezidenti Mixail Saakaşvili ilə danışıqlar aparılıb və kompromis variant axtarılıb. Amma Raysın Gürcüstana səfərindən sonra Saakaşvili danışıqları dayandırıb. Mən əminəm ki, həmin vaxt axmaq təcavüz planı cızılıb.”

Medvedev Corc Buşun Saakaşvili ilə maraqlandığını yada salıb. O Medvedevdən Saakaşvilinin “necə oğlan” olduğunu soruşub. Medvedev bu müharibənin Rusiya üçün gözlənilməz olduğunu bildirib.
Related Stories
Comment