0
Monday 16 November 2020 - 23:33

Obama: Trampın təslim olma vaxtı çatıb!

Story Code : 898222
Obama: Trampın təslim olma vaxtı çatıb!
Hill informasiya agentliyinin verdiyi məlumata görə, ABŞ-ın sabiq prezidenti Barak Obama son müsahibəsində Trampın seçkidə məğlubiyyəti qəbul etmə vaxtının gəldiyini bildirib. Obama deyib ki, Tramp birinci olmaq əvəzinə özündən başqa məsələləri də düşünsə daha yaxşı olar.

Obama sözlərinin davamında əlavə edib: "Prezident bir dövlət məmurudur və vəzifə müddəti başa çatdıqdan sonra ölkənin mənafeyini şəxsi maraqlarından üstün tutmalıdır."

Obama deyib: “Trampa tövsiyəm budur ki, əgər daim ölkəsini şəxsi mənafeyindən daha önəmli görən bir şəxs kimi yadda qalmaq istəyirsə, seçkilərin nəticəsini qəbul etsin."

ABŞ-da prezident seçkilərinin nəticələri hələ rəsmi olaraq təsdiqlənməsə də, KİV Co Baydeni seçkinin qalibi elan edib. Bu arada Trampın seçki kampaniyası, seçki saxtakarlığına yol verildiyini iddia edərək, bir neçə əyalətdə nəticələrin sayılmasına etiraz edib.
Source : IslamTimes
Related Stories