0
Wednesday 18 November 2020 - 16:22

Səudiyyə Ərəbistanında qadın məhbuslara cinsi təcavüz edilib!

Story Code : 898560
Səudiyyə Ərəbistanında qadın məhbuslara cinsi təcavüz edilib!
"DailyMail"in verdiyi məlumata görə, şok bir hesabatda Səudiyyə həbsxanalarında qadın fəallara qarşı bir neçə cinsi təcavüz halı üzə çıxarılıb.

İnsan haqqları üzrə vəkil Helena Kennedi 40 səhifəlik bir hesabatda Səudiyyə həbsxanalarındakı qadın fəallara cinsi təcavüz hallarından yazıb. Hesabatda qadın məhkumlara pornoqrafik filmlər izləmələri üçün təzyiq göstərildiyi və daim təcavüzlə təhdid edildiyi bildirilir. Onlar tavandan asılaraq döyülür və elektrik cərəyanı ilə işkəncə edilir.

Şok hesabatda açıq şəkildə qeyd olunub ki, Səudiyyə Ərəbistanında qadın məhkumlar əsasən müstəntiqlər tərəfindən qeyri-əxlaqi davranışlara məcbur edilir. Helena Kennedi beynəlxalq ictimaiyyəti Səudiyyə Ərəbistanının rəhbərliyi ilə təşkil olunacaq G20 zirvəsini boykot etməyə çağırıb və qadın fəalların sərbəst buraxılmasını tələb edib.
Source : IslamTimes