ABŞ-ın Corciya ştatında Co Baydenin qələbəsi bir daha təsdiqlənib
Story Code : 899029
APA xəbər verir ki, bu barədə ştatın vitse-qubernatoru Bred Raffenspergerin açıqlamasına istinadən “CNN” məlumat verib.
Cümə axşamı vitse-qubernatorun veb-saytında 3 noyabr tarixli prezident seçkiləri ilə bağlı Corciya ştatında səslərin yenidən sayılmasının nəticələri barədə məlumatlar yerləşdirilib. Nəticələrə əsasən, Respublikaçı Donald Tramp 2 462 857 səs, Demokrat Co Bayden 2 475 141 səs qaznıb.