0
Sunday 22 November 2020 - 09:40

Tramp növbəti dəfə seçkilərdə Baydenin qalib gəlmədiyini iddia edib

Story Code : 899278
Tramp növbəti dəfə seçkilərdə Baydenin qalib gəlmədiyini iddia edib
APA-nın məlumatına görə, D. Tramp “Twitter” hesabında yazıb ki, tərəfdarları yüz minlərlə seçki saxtakarlığı aşkarladığı halda Co Baydenin sürətlə kabinet formalaşdırması təəccüblüdür.

ABŞ Prezidenti qeyd edib ki, aşkarlanan saxtakarlıqlar 4 ştatda səsvermənin nəticələrini dəyişmək üçün yetərlidir və bu, ona qələbəni təmin edəcək: “Ümid edirəm ki, məhkəmələr və qanunvericilər bunu təmin edəcək və seçkilərin nəticələrinə yenidən baxılacaq”.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib, ancaq səslərin sayılması hələ başa çatmayıb. ABŞ mətbuatı seçkilərdə Demokrat Partiyanın namizədi C. Baydenin qalib gəldiyini bildirir. Bir çox dünya liderləri artıq C. Baydeni təbrik edib.
Related Stories