0
Monday 23 November 2020 - 10:44

Yəməndən işğalçı Səudiyyə rejiminə ağır zərbə

Story Code : 899426
Yəməndən işğalçı Səudiyyə rejiminə ağır zərbə
Mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Ordusu” və “Xalq Komitələri” (husilər) Səudiyyə Ərəbistanında ARAMCO şirkətinin bir zavodunu ballistik raketlə hədəfə aldığını bəyan ediblər.

SalamNews xəbər verir ki, bu barədə “Yəmən Ordusu” və “Xalq Komitələri”nin mətbuat katibi briqada generalı Yəhya Səri rəsmi tvitter səhifəsində bəyanat verib.

Bildirilib ki, “Yəmən Ordusu Səudiyyə Ərəbistanın Ciddə şəhərində yerləşən ARAMCO şirkətinin neft paylayıcı sektorunu Qüds-2 qanadlı raketilə hədəfə alıb.”

ARAMCO-ya məxsus zavodun havadan fotolarını yayımlayan Y. Səri, raketin dəqiqliklə hədəfi vurduğunu və böyük yanğının baş verdiyini bildirib.

O, Səudiyyə Ərəbistanında mülki şəxslərin və xarici şirkətlərin obyektlərdən uzaq durmasını istəyib və bildirib ki, bu hücum Yəmənin Səudiyyə Ərəbistanı hərbi koalisiyası tərəfindən mühasirədə saxlanılmasına görədir.