0
Tuesday 24 November 2020 - 00:09

Baydenə İranla razılaşmaya qayıtmaq təklif edildi

Story Code : 899570
Baydenə İranla razılaşmaya qayıtmaq təklif edildi
İranla 5+1 arasında HBFP razılaşması imzalanan zaman Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi olmuş Ketrin Eşton ABŞ-ın yeni prezidenti Co Baydenə İranla razılaşmaya qayıtmağı təklif edərək onun qarşısında 3 yol olduğunu bildirib.

Hazırda Böyük Britaniya Lordlar palatasının üzvü olan Ketrin Eşton "Time" nəşriyyəsinə müsahibəsində deyib: "Baydenin HBFP razılaşmasını bərpa etməsinə ümid var. 2018-ci ildə Trampın göstərişi ilə tərk olunan razılaşmanı bərpa etmək Bayden üçün bir qədər çətin ola bilər. Biz müzakirə apardığımız zaman əksər Respublikaçılar İranla razılaşmaya qarşı idi. İran tərəfi də razılaşma əldə olunandan sonra ABŞ-da hakimiyyət dəyişərsə bu razılaşmanın taleyi necə olacaq deyə nigaran idi. Biz isə müsbət təsirli bir razılaşmadan imtina etməyə bir səbəb olmadığını bildirirdik. Bu gün isə İranda bəziləri artıq Amerikaya güvən qalmadığını bildirir!
Biz Baydenə HBFP razılaşmasına qayıtmaq üçün 3 yol mərhələli gedişat təklif etdik: 1-Bayden komandasını hazırlasın və gücləndirsin; 2- HBFP ilk razılaşma kimi nəzərdə tutulsun, son razılaşma kimi deyil; 3-HBFP razılaşmasının təməli daha güclü bir zəmində qoyulsun!"

 
Source : IslamTimes