0
Wednesday 25 November 2020 - 14:36

İran ABŞ-ın növbəti hökumətinə nikbin deyil – Mahmud Vaizi

Story Code : 899897
İran ABŞ-ın növbəti hökumətinə nikbin deyil – Mahmud Vaizi
SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi deyib.

İranın Nazirlər Kabinetinin toplantısından sonra ABŞ seçkilərinə münasibət bildirən M.Vaizi qeyd edib ki, ölkəsi növbəti ABŞ administrasiyasını nikbin deyil. O əlavə edib ki, İran müsbət addımları yalnız əməldə görmək istəyir.

“Bu anlarda İranın, dünyanın bir çox ölkələrinin, hətta ABŞ-la müttəfiq olan ölkələrin fikrində əhəmiyyət daşıyan budur ki, son dörd il ərzində siyasətdən xəbəri olmayan biri, qəfil qərarları ilə necə də dünya nizamında, ölkələrarası əlaqələrdə problemlər yaradıb. O cümlədən bu şəxsin Yaxın Şərqdəki birtərəfli addımları, son 3 ildə İrana qarşı maksimum sərt təzyiqləri nələrə gətirib çıxarıb?! İndi belə bir şəxs getməkdədir və biz də onun getməsinə görə xoşhalıq”, deyə Mahmud Vaizi bildirib ki, ölkəsi növbəti ABŞ hökumətinə də nikbin baxmır.