0
Monday 7 December 2020 - 01:11

Sionistlərin "Dəmir Qübbə"si işə yaramır

Story Code : 902089
Sionistlərin "Dəmir Qübbə"si işə yaramır
Sionistlərin "Makor Rishon" həftəliyinin yazdığına görə, işğalçı İsrail rəsmiləri Həmasın raket və pilotsuz təyyarələrin hücumlarına qarşı "Dəmir Qübbə" sisteminin zəif olduğunu etiraf ediblər və müdafiə bazasının gücləndirilməsi üçün təlimlər keçirmək məcburiyyətində olduqlarını söyləyiblər.

Nəşrin yazdığına görə, işğalçı İsrail ordusu Qəzzada böyük bir qarşıdurmaya hazırlaşır. Rejimin ordu hissələrindən biri bu yaxınlarda işğal altındakı Fələstində müxtəlif məqsədlərlə üç günlük bir təlim keçib.

Qeyd edək ki, bu günlərdə Hizbullah Təşkilatı da PUA vasitəsi ilə sionistlərin hərbi bazalarından çəkiliş edərək, onların hər an nəzarətdə olduğunu nümayiş etdiriblər.
Source : IslamTimes