Obama Baydenin onun siyasətlərini davam etdirəcəyini bildirib
Story Code : 902874
"İndependent"in məlumatına görə, Barak Obama hazırkı prezident Donald Tramp administrasiyasının "Obamanın mirası"nı məhv etməyə çalışdığı ilə bağlı reportajda deyib: "Buna diqqət edirəm. Tramp administrasiyasının ciddi şəkildə ziyan vurmağa çalışdığı sahələrlə yaxından maraqlanmışam və daim nəzarətdə saxlamışam."
Sabiq prezident bildirib ki, bu zərərlər "uzunmüddətli uğurlar" üçün "qısa müddətli geriləmə" olub.