Livanın "Hizbullah" hərəkatı hər gün İsrailə 4000 raket ata bilər
Story Code : 904082
Bu barədə "Jerusalem Post" qəzeti məlumat yayıb.
Qəzet "Hizbullah"ın gələcəkdə baş verəcək hər hansı bir müharibədəki hərbi qüdrətini və işğal altındakı ərazilərə gündə 4000 raket ata biləcəyini bildirən bir hesabat yayımlayıb. Yazıda qeyd olunur ki, "Hizbullah" hal-hazırda onlarla yer-hava raketlərinə sahibdir, bununla İsrailin daxilində strateji və əhəmiyyətli mövqeləri hədəf ala bilər.
"Hizbullah" baş katibi Seyyid Həsən Nəsrullah dəfələrlə İsrailin Dimonadakı nüvə stansiyasını hədəf almaq üçün uzun mənzilli raketlərdən istifadə edilə biləcəyindən bəhs edib. /Eastnews/