Qəzzafi rejiminin sözçüsü Musa İbrahim bildirib ki, bazar ertəsi günü gecə saatlarında NATO Trablosun 160 kilometrliyində yerləşən Zlitan şəhərini hədəfə alıb.
Musa İbrahim verdiyi açıqlamada bildirib ki, NATO-nun bu hücumu nəticəsində 30 uşaq, 32 qadın və 20 kişi qətliam edilib.
M. İbrahim NATO-nun ilk bomba ilə gecə saat 11 radələrində yaşayış binasını hədəfə aldığını bildirib. Qonşular evdə olan insanları dağıntılar altından çıxarmaq məqsədi ilə hadisə yerinə toplaşdığı zaman qəfildən daha 3 bomba ilə həmin məntəqə hədəfə alınıb.
Amerika və NATO Liviya xalqını xilas etmək bəhanəsi ilə bu ilin mart ayından Liviyaya hücumlar təşkil edərək dinc sakinləri qətliam edir.