0
Monday 11 January 2021 - 17:28

Trampla vitse-prezident Pens arasında gərginlik daha da artıb

Story Code : 909535
Trampla vitse-prezident Pens arasında gərginlik daha da artıb
NBC News-un Vaşinqtondakı müxbiri Holly Jackson bildirib ki, Mayk Pens 3 noyabr prezident seçkilərinin qalibi Co Baydenin qələbəsinin Konqresdə təsdiqlənməsi mərasiminə qatıldıqdan sonra Tramp Penslə əlaqə saxlamayıb.

Hill veb saytının yazdığına görə, Holly Jackson məlumatlı bir mənbəyə istinadən deyib: "Prezident Tramp hətta çərşənbə günü baş verən hadisələr zamanı Penslə əlaqə qurmağa çalışmadı. Həmin gün Pens və bütün ailə üzvləri təhlükəsiz bir məkana köçürülüb. Tramp da həmin vaxtdan bu günədək Penslə hətta telefon bağlantısı belə yaratmayıb."

Qeyd edək ki, Tramp Mayk Pensdən seçkilərin nəticələrinin Konqres tərəfindən təsdiqlənməsinə mane olmağı istəmişdi. Pens isə Konqresin qərarına qarşı çıxmaq gücündə olmadığını bildirərək bu istəyi rədd edib.

Ötən gün yayılan digər xəbərdə isə Mayk Pensin Trampın 20 yanvardan öncə vəzifəsindən uzaqlaşdırılması qərarına "yox" demədiyi iddia edilib.