0
Monday 11 January 2021 - 18:02

Cənubi Koreya İrana vəd verdi

Story Code : 909543
Cənubi Koreya İrana vəd verdi
"Young Journalists Club"ın məlumatına görə, İran Mərkəzi Bankının ictimaiyyətlə əlaqələr şöbəsi son bəyanatında yazıb:

"Bu gün Mərkəzi Bankın müdiri cənab doktor Hemməti, Cənubi Koreyanın Orta Şərq və Afrika üzrə nümayəndəsi Ku Kyunq Sug və Koreyadan gəlmiş digər nümayəndə heyəti üzvləri ilə iclasda iştirak edib.

Cənab Hemməti bildirib ki, bu gün İran Mərkəzi Bankının İran millətinə məxsus valyuta ehtiyatlarının dondurulması üçün heç bir bəhanə yoxdur və bu pullar təcili şəkildə blokdan çıxarılmalıdır! Koreya rəsmiləri isə öz növbəsində bu problemin sürətlə aradan qaldırılacağı və İrana məxsus pulların bu ölkəyə veriləcəyi ilə bağlı vəd verib."