Teleqraf.com xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Bir həftə əvvəl Baydenin andiçmə mərasiminə qatılmayacağını bəyan edən Trampın yanvarın 20-si səhər saatlarında Vaşinqtondan yola düşəcəyi qeyd edilir. Məlumata görə, o, Merilənd ştatında Endryus aviabazasında vida mərasimi keçirəcək. Daha sonra isə Floridadakı Mar-a-Laqo iqamətgahına yola düşəcək.
Qeyd edək ki, Tramp ABŞ tarixində xələfinin andiçmə mərasiminə qatılmayan dördüncü prezident olacaq.
IslamTimes - ABŞ Prezidenti Donald Tramp təhqiqatın tez bir zamanda başa çatdırılması şərti ilə “Rusiya işi” üzrə xüsusi prokuror Robert Müllerin suallarına cavab verməyə hazırdır.