Axar.az xəbər verir ki, Donald Tramp yalnız Co Baydenə Oval ofisdə məktub yazmaqla kifayətlənib.
Ağ Ev sözçüsü Cadd Dir həmin məktubun məzmununu açıqlamayıb.
CNN isə Ağ Evdəki mənbələrinə istinadən Trampın Baydenə yalnız bir cümləlik məktub yazdığı barədə məlumat yayıb.
“Co, qalib gəldiyimi bilirsən”, - Tramp yazıb.
Qeyd edək ki, Trampla xanımı Baydenin inauqurasiyasını gözləmədən səhər saatlarında Ağ Evi tərk edərək Floridaya yollanıb.