0
Saturday 13 August 2011 - 08:59

Bizdə cibgir yoxdur, cibə atanlar var!

Story Code : 91416
Bizdə cibgir yoxdur, cibə atanlar var!
Bizdə cibgir yoxdur, cibə atanlar var!
Deyerler yazır: Xəbər verildiyi kimi, avqustun 11-də axşam saatlarında ilahiyyatçı Hacı Abgül Süleymanov güc strukturları tərəfindən həbs olunub. Hazırda o, islamazeri.az saytının baş redaktoru Ramin Bayramov və Azərbaycan İslam Partiyasının təşkilatı məsələlər üzrə sədr müavini Arif Qəniyev Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılırlar.

A. Süleymanovun vəkili Anar Qasımov bildirib ki, onu Cinayət Məcəlləsinin 234.1. (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə saxlayıblar
Həbs edilən dindarlar barədə xəbərlər

Azərbaycan İslam Partiyasının (AİP) mətbuat xidmətinin rəhbəri Hacı Akif Heydərli musavat.com-a açıqlamasında qurumun Sumqayıt təşkilatının rəhbəri Kərbəlayi Arif Qəniyevin həbsini təsdiqləyib: “Məndə digərlərinin tutulması ilə bağlı xəbər yoxdu. Ancaq bunu deyə bilərəm ki, AİP-in Sumqayıt təşkilatının rəhbəri Arif Qəniyev 11 avqust 2011-ci il tarixdə saat 17-də yaşadığı evin qarşısında oğlu ilə bərabər saxlanılıb və 48 saat müddətinə həbs olunub. Artıq ona dövlət tərəfindən vəkil də təyin olunub. Vəkil deyir ki, əgər Kərbəlayi Arifin işində şubhəli bir sey aşkar olunmazsa, 48 saatdan sonra sərbəst buraxılacaq”. ("Yeni Müsavat")

Azərbaycan İslam Partiyasının Sumqayıt komitəsinin sədri Kərbəlayi Arifin evində axtarış aparılıb. Lakin hadisə ilə əlaqəli ətraflı məlumat verilməyib. (islamazeri.az)

Xatırladaq ki, islamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov avqustun 11-də saat 15:30 radələrində mülkü geyimlilər tərəfindən naməlum istiqamətdə aparılıb. Onu Nizami metrosunun yaxınlığından aparıblar.

4 mülkü geyimli şəxs Ramin Bayramovu BMW markalı "NOL 557-C" nömrə nişanlı avtomobilə mindirib və naməlum istiqamətə aparıb.

Həbs edilən dindarlar barədə xəbərlər

Həmin gün axşam saat 9.00 radələrində Ramin Bayramovun Xırdalan şəhərindəki evində polis tərəfindən axtarış olub. (islamazeri.az)
İlahiyyatçı Abgül Süleymanov isə İsmayıllı rayonunun Lahıc kəndində qaynatasının evində olarkən həbs edilib.

Polislər Abgül Süleymanovun olduğu evə girərək, onu zorla polis avtomobilinə mindiriblər. (islamazeri.az)

Həbs edilən dindarlar barədə xəbərlər

Islamazeri.az internet qəzetinin verdiyi xəbərə görə, Ramin Bayramov Milli Təhlükəsizlik Nazirliyinə aparılıb. Sayt bildirir ki, MTN əməkdaşları Ramin Bayramovdan evinin açarını alıb. Axşam saatlarında isə MTN əməkdaşları və Hacı Ramin Bayramovun iştirakı ilə evdə axtarış aparıblar. Axtarış zamanı isə onun evindən daha əvvəlcədən qoyulmuş 2 əl qumbarası, 1 tapanca və müəyyən miqdarda narkotik maddə çıxarılıb. Bu barədə Hacı Ramin Bayramovun vəkili Elçin Namazov məlumat verib.
(islamazeri.az)

Ramin Bayramovun vəkili Elçin Namazov müvəkkili ilə bağlı bildirdi ki, onu MTN-nin 2-ci bölməsinin əməkdaşları MTN-nin binasına aparıblar: "Orada cibinə narkotik qoyulub. Oruc olan Hacı Ramin birinci dəfə narkotiki cibindən çıxarıb atmağa müvəffəq olub. Ancaq təkrar olaraq həmin narkotiki cibinə zorla qoyaraq, sənədləşdiriblər. Daha sonra onun Xırdalan şəhərində yerləşən mənzilinə baxış keçirildi. Mən baxışın sonuna çatdım. Raminin evinə bir ədəd tapança 2 ədəd F-1 qumbara qoyub sonra çıxardıblar. Protokol saxtalaşdırıldı. Bizim etirazlarımız qeyd olunmadı". (islamazeri.az)

Azərbaycan İslam Partiyasının təşkilati məsələlər üzrə sədr müavini Arif Qəniyevin Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt bölməsinə aparıldığı məlum olub. MTN və BaşProkurorluq işçiləri Arif Qəniyevin evində axtarış aparıblar. Axtarış zamanı bir neçə dini diskin götürüldüyü bildirilir. Artıq Arif Qəniyevin oğlu Yaşar Qəniyev sərbəst buraxılıb.
Bu barədə Faktxeber.com-a Arif Qəniyevin yaxınları məlumat verib.
Qeyd edək ki, hadisə barədə rəsmi açıqlama verilməyib. Yaxınları tərəfindən verilən məlumata görə, Anar Qasımov artıq Arif Qəniyev üçün vəkil təyin olunub. /Faktxeber.com - IslamAzeri.az/

Arif Qəniyevin dövlət tərəfindən təyin olunmuş vəkili İlyasova Gülarə bildirib ki, müvəkkili silah və narkotik saxlamaqda ittiham olunur.
Vəkilin dediklərinə görə, Arif Qəniyevin maşınından silah və müəyyən miqdarda narkotik tapılıb.
Həmçinin vəkil bildirib ki, Arif Qəniyev ona qarşı atılan ittihamları rədd edib. Bu barədə redaksiyamıza Arif Qəniyevin yaxlnları məlumat verib. Hadisə ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilmir.Qeyd edək ki, Arif Qəniyevin ailəsi məsələ ilə əlaqədar Anar Qasımovu vəkil tutublar. /Faktxeber.com - IslamAzeri.az/

Elçin Namazovu Vəkillər Kollegiyasından çıxartmaqla hədələyiblər. Bu barədə o, özü açıqlama yayıb: "MTN-də Ramin Bayramovun evinin açarlarını alıb özlərində "saxlayıblar". 4 saat sonra evindən silah sursat çıxarıblar. Bununla və cibinə narkotik qoyulması ilə bağlı aramızda yaranan münaqişə səbəbindən MTN-nin müstəntiqi məni Vəkillər Kollegiyasından çıxartdıracağını dedi. Axtarışla bağlı bütün qanunsuzluqları adını MTN əməkdaşı qoyanların xəbəri olmadan telefon vasitəsilə yazmışıq". (islamazeri.az)

Hal-hazırda Hacı Abgül Süleymanov, Ramin Bayramov və Arif Qəniyev Milli Təhlükəsizlik Nazirliyində saxlanılırlar.
Hacı Abgül Süleymanovun vəkili Anar Qasımov, müvəkkilinin cinayət məcəlləsinə əsasən 234.1. (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə saxlanıldığını bildirib. (islamazeri.az)
Related Stories
Comment