ABŞ, üç ölkənin sərhədlərinin kəsişməsində böyük hərbi qərargah təsis etməyə başlayıb
Story Code : 916403
Bu barədə “Suriya İnsan Hüquqları Müşahidə Qrupu” məlumat yayıb.
Bildirilib ki, ABŞ Ordusu son günlərdə İraqın şimalından Suriyanın Həsəka əyalətinə 50-dən çox maşının olduğu karvanla hərbi təchizat və lojestik dəstəkləri cəlb edib.
Məlumata görə əsas hədəf Suriya, İraq və Türkiyə sərhədlərinin kəsişdiyi ərazinin yaxınlığında yerləşən Həsəka əyalətinin Eyn-Divar bölgəsində hərbi qərargah inşa etməkdir.
Eyni zamanda Suriyanın dövlət xəbər agentliyi SANA məlumat verib ki, ABŞ-ın dəstəklədiyi separatçı kürd hərbi birləşmələri son günlərdə Həsəka və Qamışlı şəhərlərində hökumətin nəzarətində olan bir sıra dövlət obyektlərini zəbt edib və buradakı işçilərdən yalnız onlarla əməkdaşlıq etməyi tələb ediblər.SalamNews