SalamNews Tasnim-ə istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib.
S.Xətibzadə bildirib ki, Qətərin xarici işlər naziri Məhəmməd ibni Əbdurrəhman Ali-Sani bu gün Tehrana gələcək.
Onun sözlərinə görə səfərdən məqsəd, nüvə sazişini canlandırmaq, İranla ABŞ arasında, eləcə də İranla digər körfəz ölkələri arasında vasitəçiliyi təmin etməkdir.