0
Monday 22 February 2021 - 09:05

Çin Xarici İşlər naziri: “Çin-ABŞ münasibətlərinin pozulması Trampın günahı idi”

Story Code : 917683
Çin Xarici İşlər naziri: “Çin-ABŞ münasibətlərinin pozulması Trampın günahı idi”
APA xəbər verir ki, bu barədə bazar ertəsi Pekindəki Lantin Forumunun açılış mərasimində Çinin Xarici İşlər naziri, Dövlət Şurasının üzvü Vanq Yi çıxışında deyib.

Nazir bildirib ki, son bir neçə ildə Çin-ABŞ münasibətləri normal yoldan çıxıb: “Diplomatik münasibətlərin qurulmasından bəri ən ciddi çətinliklərlə qarşılaşdıq. "Bu əsasda Çinə təzyiq göstərmək və ikitərəfli münasibətlərə ölçüyəgəlməz ziyan vuran bir sıra addımlar atdıldı”.

“Bu gün səhvləri düzəltmək və münasibətləri doğru yola qaytarmaq üçün, Çini olduğu kimi bilmək və anlamaq üçün səhv düşüncələri aradan qaldırmalıyıq”, deyə Çinin baş diplomatı vurğulayıb.

 
Related Stories