0
Wednesday 24 February 2021 - 15:37

İranda Qarabağla əlaqədar konferans keçiriləcək

Story Code : 918143
İranda Qarabağla əlaqədar konferans keçiriləcək
İranda Qarabağla əlaqədar konferans keçiriləcək

Xeber.ge saytı xəbər verir ki, İran Elmi Hövzələri İdarəetmə Mərkəzi tərəfindən təşkil edilən ilk "Beynəlxalq 17 Rəbiul-əvvəl Qarabağ Konferansı" 1 Mart 2021-ci il tarixində Qum şəhərində keçiriləcək.  
Konferansda İranın Ali rəhbəri Ayətullah Seyyid Əli Xameneinin 3 noyabr 2020-ci il tarixli Dağlıq Qarabağ böhranı ilə əlaqədar çıxışı dəyərləndiriləcək.  
Konfransda İran, Azərbaycan və Qafqazdan aparıcı İslam alimləri iştirak edəcəklər və "Azərbaycan torpaqları azad edilməlidir", "Qarabağ ərazilərindəki ermənilərin təhlükəsizliyi təmin edilməlidir", "İki tərəf beynəlxalq sərhədləri pozmamalıdır", "Terroristlər İran sərhədlərinə yaxınlaşsa kəskin cavab verəcəyik" mövzu başlıqları müzakirə ediləcək.  
 
Source : xeber.ge
Tagged
qarabağ qum
Comment