0
Monday 1 March 2021 - 13:36

ABŞ İraq hərbçilərini Suriya yox, İraq torpaqlarında hədəf alıb!

Story Code : 919016
ABŞ İraq hərbçilərini Suriya yox, İraq torpaqlarında hədəf alıb!
Mawazin News-un məlumatına görə, açıqlamada deyilir:

“Bir neçə gün öncə Amerika hərbçiləri tərəfindən silahlı qüvvələrimiz təcavüzə məruz qaldı. Nəticədə döyüşçülərimizdən biri şəhid oldu.
Bu məsələnin əhəmiyyətini nəzərə alaraq, əziz vətənimizin (İraqın) suverenliyi, təhlükəsizliyi və sabitliyini qorumaq üçün Həşd əl-Şəbi təşkilatı bir müddət səbr etdi. Bu gözləmə hücumla bağlı bütün məsələlərin ortaya çıxması üçün idi.
Amerikalı təcavüzkarların iddiasının tam əksinə olaraq döyüşçülərimiz Suriya ərazisində deyil, İraq torpaqlarında vətəni terrorçulardan qoruduğu zaman iki ölkə arasındakı sərhəddə ABŞ qüvvələrinin hücumuna məruz qalıb!
Ümid edirik ki, səlahiyyətli şəxslər vətənin keşiyində dayanan əskərlərimizi qorumaq üçün lazımı addımlar atacaq..."

Qeyd edək ki, ABŞ bu günədək dəfələrlə İŞİD terrorçularını qorumaq məqsədi ilə İraq ordusu və könüllü qüvvələri hədəf alaraq, çox sayda İraq hərbçisini qətlə yetirib.