0
Thursday 4 March 2021 - 08:57

“YouTube”da Trampın çıxışı əks olunan video silinib

Story Code : 919564
“YouTube”da Trampın çıxışı əks olunan video silinib
APA “Google” axtarış xidmətinə istinadən xəbər verir ki, bu barədə “YouTube” video xidmətinin rəhbərliyi bildirib.

Rəhbərlik videonun silinməsini Trampın çıxışının lazımi kontekstdə olmaması  ilə izah edib.

Qeyd edək ki, sözügedən videoda Tramp Orlandada konfrans zamanı keçən il ABŞ-da keçirilən prezident  seçkilərindəki saxtakarlıqdan danışıb. Bu, Trampın prezident vəzifəsindən getdikdən sonra ilk açıq görünüşü idi.