0
Saturday 3 April 2021 - 10:14

Suriyanın şərqində qaçqın düşərgəsində 125 İŞİD üzvü həbs edilib

Story Code : 924968
Suriyanın şərqində qaçqın düşərgəsində 125 İŞİD üzvü həbs edilib
SalamNews BBC.Arabic-ə istinadla xəbər verir ki, bu barədə düşərgəyə nəzarət edən, kürd bölmələrinin başçılıq etdiyi “Suriya Demokratik Qüvvələri”nin mənbələri məlumat veriblər.

Bildirilib ki, həbs edilənlər son üç ay ərzində düşərgədə 47 nəfərin ölümünə səbəb olublar.

İŞİD üzvlərinin və ya terror təşkilatına üzvlükdə şübhəli bilinən 125 şəxsində son aylarda aşkarlandığı və ələ keçdiyi bildirilib.

Qeyd edək ki, on minlərlə qaçqının qaldığı əl-Huol düşərgəsi Suriyada Fəratın şərqində ABŞ-ın və kürd bölmələrinin nəzarətindədir. Burada əsasən İŞİD üzvlərinin ailələri saxlanılır.

Son illərdə bu bölgədən bir neçə Azərbaycan vətəndaşı da ölkəyə ekstradisiya edilib.
Related Stories