Axar.az xəbər verir ki, bu barədə Kuleba Tvitter hesabında yazıb.
Kuleba bildirib ki, danışıqlar zamanı Donbasdakı vəziyyətin gərginləşməsini müzakirə ediblər.
"Avropa Birliyi sizinlədir", - deyə AB diplomatiyasının rəhbəri Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini söyləyib", - Kuleba yazıb.
O, həmçinin əlavə edib ki, Borrell onu aprelin 19-da keçiriləcək AB-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün dəvət etmək niyyətindədir.