"Los Angeles Times" qəzetinin yazdığına görə, bir neçə Pentaqon rəsmisi, İran və ABŞ arasındakı gərginliyin yüksək səviyyədə olduğunu xatırladaraq, İranın nüvə proqramını məhdudlaşdıracaq bir razılaşmanın təxirə salınmamalı olduğunu bildiriblər. Onlar İranla razılaşma əldə edilməzsə bu ölkənin nüvə proqramının daha da genişlənəcəyini və İranın "atom bombası" istehsalına yaxınlaşacağını bildiriblər. Bu halda İranın nüvə proqramının müharibədən başqa yolla dayandırılmasının mümkün olmayacağı barədə xəbərdarlıq edilib.
ABŞ-ın İranın atom bombası hazırladığı ilə bağlı iddiaları bir halda təkrarlanıb ki, İran dəfələrlə heç bir nüvə silahı istehsal etmək ardınca olmadığını təkidlə bildirib.