0
Tuesday 20 April 2021 - 13:43

Washington Post: İran və ABŞ eyni anda HBFP sazişinə qayıtmağa doğru irəliləyir

Story Code : 928273
Washington Post: İran və ABŞ eyni anda HBFP sazişinə qayıtmağa doğru irəliləyir
Washington Post yazıb ki, Vyanada davam edən danışıqlar boyu İran Amerikanın HBFP sazişindəki öhdəliklərin icrasına qayıtmaq yolunda ilk addım atmalı olduğunu israrla vurğulayıb.

Qəzet yazıb: "İran, sabiq ABŞ prezidenti Donald Trampın HBFP sazişindən çıxdıqdan sonra yenidən tətbiq olunan bütün sanksiyaların ləğv edilməsini tələb edir.

Washington Post yazıb: "Müzakirələr barədə məlumatlı olan səlahiyyətlilər bildirib ki, həm İran, həm də Bayden hökuməti HBFP sazişinə eyni vaxtda geri dönmək yolunda irəliləyirlər."

Ağ Evin Milli Təhlükəsizlik Məsləhətçisi Ceyk Salivan da Fox News-a verdiyi müsahibədə deyib ki, danışıqlarda öhdəliklərə qarşılıqlı şəkildə əməl edilməsi ilə bağlı yeni bir anlaşma formalaşır.