0
Saturday 24 April 2021 - 14:38

ABŞ bu peyvənddən istifadəyə yenidən icazə verdi

Story Code : 928994
ABŞ bu peyvənddən istifadəyə yenidən icazə verdi
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Qarşısını Alma Mərkəzi (CDC) məlumat yayıb. Qeyd olunub ki, Peyvənd Tətbiqləri Məsləhət Komitəsi sözügedən vaksinin istifadə edilib-edilməməsini səsverməyə çıxarıb və 10 səslə peyvənddən istifadəyə davam etmək qərarına gəlinib.

Komitənin tək bir dozada istifadə olunan peyvəndin faydalarının risklərdən daha çox olduğu barədə fikir birliyinə gəldiyi ifadə edilib.

Qeyd edək ki, CDC və ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən 13 aprel tarixində verilən açıqlamada “Johnson & Johnson” peyvəndinin istifadəsindən 6-13 gün sonra baş verən qeyri-adi laxtalanma səbəbindən dayandırılmasını tövsiyə etmişdi.
Related Stories