0
Saturday 1 May 2021 - 12:00

Yəmən: Baydenin sülh vədlərindən yüz gün keçdi, amma...

Story Code : 930141
Yəmən: Baydenin sülh vədlərindən yüz gün keçdi, amma...
Yəmən Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi bu gün ABŞ prezidentinin sülh vədindən 100 gündən də çox ötməsinə baxmayaraq Yəmənə qarşı təcavüzün davam etməsindən danışıb.

Məhəmməd Əli əl-Husi Twitter paylaşımında yazıb ki, o daha öncə belə bir nəticə gözlədiyini və Baydenin vədlərinin yalnız bir söz olduğunu açıq şəkildə bildirmişdi.

O sosial şəbəkədə bu haqda yazıb: "Baydenin Yəmən Respublikasına qarşı təcavüzə son qoyulması və sülhün zəruriliyi barədə danışığından yüz gün ötdü. Sübuta yetən isə bizim dediklərimiz oldu! Baydenin sözləri emosia üzərindən söylənilən və plansız vədlər idi. Bəziləri bu vədlərdən sonra ümidlənmişdi. Amma bu gün hələ də Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ silahları ilə Yəməndə cinayətlər törətməyə davam edir..."